2021-ci ildə Qarabağ ətrafında nələr baş verdi? – Postmünaqişə dövrünün ən mühüm HADİSƏLƏRİbackend

2021-ci ildə Qarabağ ətrafında nələr baş verdi? - Postmünaqişə dövrünün ən mühüm HADİSƏLƏRİ

Artıq yeni-2022-ci ilin qədəm qoymasına saatlar qalıb. Bu il dünyada və Azərbaycanda bir çox hadisələrlə yadda qaldı. Bu il həm də, postmünaqişə dövrünün ilk bir ili başa çatır. Bəs 2021-ci ildə Qarabağ ətrafında nələr baş verdi?.

Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı hadisələri belə xarakterizə edib:

6 yanvar: İlham Əliyev 2020-ci ilin yekunlarına dair müşavirədə müharibədən sonra “Xankəndi Azərbaycan torpağıdır” deyə bəyan etdi;

11 yanvar: Moskvada Əliyev-Putin-Paşinyan görüşü keçirildi və kommunikasiyanın açılması ilə bağlı üçtərəfli bəyanat imzalandı: Razılaşmaya görə, üçtərəfli İşçi Qrupu yaradılır və bu qrup 1 mart tarixinə qədər kommunikiyasının açılması üzrə qrafiki hazırlayaraq, təsdiq edilməsi üçün liderlərə təqdim etməlidir; Bu görüş müharibədən sonra tərəflərin ilk canlı təması idi;

14 yanvar: Prezident ilk dəfə Şuşaya səfər etdi və “statusun mövcud olmadığını, Qarabağın bütün ərazilərinin Azərbaycan torpağı olduğunu” mesaj verdi;

30 yanvar: Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı; Türkiyə ordusu rəsmi şəkildə bölgəyə gəldi;

Mart: Əliyev 10 noyabr razılaşmasından nəzərdə tutulan Naxçıvana çəkiləcək yolun Zəngəzur dəhlizi olduğunu elan etdi;

Aprel: Əliyev Azərbaycanın tarixi torpaqlarına – İrəvana, Zəngəzura qayıdacağımızı elan etdi;

May: Azərbaycan işğal dövründə Ermənistanın irəli çəkdiyi dövlət sərhədinin bərpası prosesinə praktiki olaraq başladı; burada gərginliyin Qarabağdan sərhədə köçürülməsi strategiyası da diqqət çəkirdi;

15 iyun: Ərdoğanla Əliyev Şuşada Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzaladı;

7 iyul: Əliyev “Dağlıq Qarabağ” ifadəsini ləğv etdi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaratdı; ermənilərin yaşadığı ərazilər – Xankəndi, Xocalı və Xocavəndin taleyi ilə bağlı rəsmi qərar verildi; bu həm də Zəngəzurun qərb hissəsi ilə bağlı hədəfin rəsmiləşməsi idi;

Sentyabr: Bakı İranın Xankəndinə qanunsuz yük daşımasına qarşı Gorus-Qafan yolunda praktiki addımlara başladı və nəticə əldə etdi;

26 noyabr: Soçidə üçtərəfli görüş keçirildi; sərhədin delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması razılaşdırıldı;

15 dekabr: Brüsseldə üçtərəfli görüş keçirildi; kommunikasiyanın açılması üzrə razılaşma əldə olundu; Avropa İttifaqının timsalında postmünaqişə dövrü Qərbdə də qəbul edildi;

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*