2022-nin ən AXMAQ və AĞILLI liderləri – SİYAHIbackend

2022-nin ən AXMAQ və AĞILLI liderləri - SİYAHI

İnternet resurslarda paylaşılan bir video diqqət çəkib və yetərincə baxış toplayıb. Görüntülərdə 2022-nin ən yadda qalan liderlərinin şəkilləri yerləşdirilib. Sadəcə, Prezidentlər iki qrupa bölünüb:

Ən axmaq liderlər

1. Vladimir Putin;

2. Aleksandr Lukaşenko;

3. Nikol Paşinyan;

4. Bəşər Əsəd;

5. Kim Çen In.

Ən ağıllı liderlər

1. Volodimir Zelenski;

2. İlham Əliyev;

3. Kasım Jomart Tokayev.

KONKRET.az xəbər verir ki, Rusiya liderinin müəyyən dairələr tərəfindən belə qiymətləndirilməsi Rusiyanı fiaskoya aparan Ukrayna müharibəsi qərarı ilə əlaqələndirilir. Lukaşenkonun onunla eyni siyahıya əlavə olunması sanksiyalara rəğmən, Minskin Moskvanın yanından çəkilməməsi ilə izah olunur. Nikol Paşinyanın axmaq adlandırılması isə təzə xəbər deyil.

• Axmaqların siyahısında Bəşər Əsədin olması 2011-dən bu yana Suriyadakı vəziyyətin müsbətə doğru dəyişdirilməməsi, rejimin istefaya yollanmamasından qaynaqlanan problemlərlə bağlıdır.

• Şimali Koreya və oranın lideri barədə çox danışmağa lüzum yoxdur, cəza tədbiri kimi insanları raketə bağlayıb uçuran Kim Çenin bu nominasiyaya layiq görülməsi anlaşılandır.

– Ən ağıllı lider kimi Zelenskinin 1-ci yerə çıxarılması onun ilin adamı seçilməsi, Rusiyaya qarşı üsyan hərəkatına başlaması və bu mübarizədə təslim olmamasıdır;

– İkinci ən ağıllı lider kimi Prezident İlham Əliyevin adının qeyd olunması məntiqlidir. Çünki Cənubi Qafqazdakı proseslər onun yaratdığı reallıqlar əsasında cərəyan edir. İlham Əliyev sanksiyalı Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamaqla yanaşı, Kremli məhdudiyyətlərlə üz-üzə qoyan Avropa ilə də enerji memorandumuna qol çəkib;

– Kasım Jomart Tokayevin üçüncülüyü çevriliş cəhdi ilə rastlaşması, Qazaxıstanın KTMT, Avrasiya İqtisadi İttifaqı kimi SSRİ formatlı təşkilatlara üzvlüyünə baxmayaraq müstəqil iqtisadi-siyasi xətt tuta bilməsi ilə yozulur.

Düzü, təqdim olunan axmaqlar siyahısını Makron və Baydenlə genişləndirmək, ağıllı liderlər toplusuna isə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı da əlavə etmək olardı.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*