Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb?backend

Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb?

Xətai rayonunda yerləşən 10-dan çox fərdi yaşayış evi sökülüb.

KONKRET.az xəbər verir ki, bu haqda ATV sujet hazırlayıb. Evlərin əksəriyyətini heç bir sənədinin olmadığı deyilir. Küçədə tikilmiş sənədsiz evlər xüsusi texnikalar vasitəsilə sökülüb.

Sakinlər deyir ki, söküntü barədə onlara heç bir məlumat verilməyib. Onların sözlərinə görə, 1 gün əvvəl evlərindən çıxarılıblar və mənzilləri yerlə-yeksan edilib. İcazə olmadığı halda evlərə qaz, işıq sayğaclarının necə qoyulması məsələsi isə vətəndaşlarda sual yaradıb.

Xətai Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, söküntü işləri həyata keçirilmədən əvvəl sakinlərə dəfələrlə xəbərdarlıq edilib, amma buna məhəl qoyulmayıb. Ötən gün isə hüquq-mühafizə orqanlarının iştirakı ilə qanunsuz tikilən gecəqonduların söküntü işlərinə başlanılıb.

Qurumun şöbə müdiri Pənah İmanovun sözlərinə görə, söküntü işləri mühafizə zolaqlarına düşən qanunsuz tikililərə qarşı aparılan tədbirlər çərçivəsində həyata keçirilir.

  • Əhməd
    Sentyabr 21, 2025 - 10:54

    İlk növbədə Bu İnsan Bir Azeribaycan vətəndaşıdır bütün dünyaya humanitar yanaşan bir Azərbaycan Vətəndaşı. İnsan deyir küçədə qalmışdım geldim tikdim . araşdırsınlar kömək etsinlərde. Sənəti yox idi araşdırıb vəziyyətini həqiqətən küçədə qalıbsa gəlib ev tikib sənət verərdilər

    • Cavad
      Sentyabr 21, 2025 - 22:21

      Düz deyirsiz. Ev tikmək özü böyük zəhmət və xərcdir. Kömək edə bilmirsizsə niyə sökürsüz ? Onların da axı normal yaşamaq haqqı var

  • Rövşən
    Sentyabr 21, 2025 - 16:43

    Adiyyatı dövlət qurumlarının,yerli İcra Hakimiyyətinin icazəsi olmadan Azərbaycanda daşı daş üstə qoymaq olmaz. Heç kim öz başına o boyda evləri bir gecəyə tikə bilməz . Bu sadə insanların yox,onlardan rüşvət alıb tikintiyə “icazə” verən adiyyatı qurumların cavabdeh şəxslərini mülkünü əlindən alıb, həbs etmık lazımdı

  • Cimba
    Sentyabr 22, 2025 - 12:08

    Kim ne istiyir eliyir

  • Samir
    Sentyabr 27, 2025 - 03:09

    Sef danisirlar mem ora yaxin yerde qaliram 1 saat icinde gelib sokub getdiler hele etrafdaki kameralari vurub sindirdilar kimde cekmek isdiyirdise polis aparirdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*