2026-cı il üçün “vahiməli ssenari” – Əhalini nələr gözləyir?backend

2026-cı il üçün “vahiməli ssenari” – Əhalini nələr gözləyir?

Azərbaycanda gələn illə bağlı ictimaiyyətdə vahimə yaradan fikirlər artır. İqtisadi-sosial problemlərin güclənəcəyi, əhalinin vergi və cərimə yükünün artacağı barədə tez-tez açıqlamalar verilir. 

Bu iddialar nə dərəcədə həqiqətə uyğundur? 2026-cı ildə vətəndaşları hansı real ssenarilər gözləyir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, yayılan məlumatların bir hissəsi həqiqi risklərə əsaslanır, digərləri isə şişirdilib:

“Gələn il iqtisadiyyatımızın tam böhran yaşayacağı gözlənilmir, geriləmə ehtimalı azdır. Qiymətlər yenə də artacaq, lakin çox kəskin sıçrayış proqnozlaşdırılmır. Bu proses orta səviyyədə davam edə bilər. Vergi gəlirlərinin çoxalması da planlaşdırılır. Təbii ki, belə hal bəzi sahələr üçün vergi yükünün artması deməkdir, amma “hamıya kəskin əlavə vergi qoyulacaq” kimi durum yoxdur. Daha çox mövcud vergilərin ciddi yığılması nəzərdə tutulur”.

İqtisadçı qeyd edib ki, dövlət 2026-cı ildə sosial xərcləri artırmağı planlaşdırır:

“Pensiya, sosial yardım və digər ödənişlərdə kəsinti gözlənilən deyil. Lakin iqtisadi artım zəif olduğu üçün insanlar pulun dəyərinin azaldığını hiss edəcək. Yəni sosial gərginlik yarada bilən risklər var, çünki iqtisadi artım zəifdir. Bir sözlə, 2026-cı ildə vəziyyət nə çox yaxşı, nə də tam fəlakətli olacaq. Daha çox “orta gərginlik”, yəni qiymət artımı, gəlirlərin əvvəlki templə artmaması və vergi inzibatçılığının sərtləşməsi hiss oluna bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*