Hazırda Azərbaycanda ali təhsillilər üçün 12 ay, digər çağırışçılar üçün isə 18 ay hərbi xidmət müddəti tətbiq olunur. Bəs bu fərqin saxlanması nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, mövcud qanunvericilik artıq müasir tələblərə cavab vermir və yenidən formalaşdırılmalıdır:

“Artıq Qarabağ məsələsi həll olunub. Qanunvericilikdə müasir dövrün tələblərinə cavab verən müddəalar əksini tapmalıdır. Onlardan biri də ali təhsillilər üçün 12 ay, digərləri üçün 18 ay olan xidmət müddətidir. Hesab edirəm ki, bu sistem dəyişdirilməlidir.”
Ekspertin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrində tətbiq olunan modeldən nümunə götürülməsi daha məqsədəuyğun olardı:
“Mütləq deyil ki, ali təhsillilər 12 ay, digərləri isə 18 ay xidmət keçsin. Bu məsələnin həlli peşəkarlığın artırılmasına yönəlməlidir. Müddətdən artıq xidmət edən hərbi qulluqçuların müxtəlif sahələrdə istifadəsinə üstünlük verilməlidir. Bu həm orduya fayda verər, həm də dövlət büdcəsinə əlavə yük yaratmaz.”
Üzeyir Cəfərov qeyd edib ki, təhsil üzərindən xidmət müddətinə fərq qoyulması bəzən real vəziyyəti əks etdirmir və orduda diskomfort yaradır:
“Guya ali təhsillilər digərlərinə baxanda 6 ay az xidmət edirlər. Amma bu, bəzən özünü doğrultmur. Ali təhsillilər yaşına və təhsilinə görə fərqlənir, amma bu fərq orduda bərabərliyi pozur. Komandirlər də bəzən bu səbəbdən çətinliklə üzləşirlər.”
Ekspert hesab edir ki, ali təhsillilər üçün xidmət müddətinin 9 aya, digərləri üçün isə bir neçə ay azaldılmasına ehtiyac var:
“Ali təhsillilər üçün xidmətin 9 aya endirilməsi çox normal olardı. Digərləri üçün də bu müddəti bir qədər azaltmaq mümkündür. Hər halda, əsas məqsəd orduda peşəkarlığın və effektivliyin artırılması olmalıdır.”
Aynurə İsmayıl
KONKRET.az

Xais edrem azaldin menim yoldasm esgerdi orta tesillileri en azi 1 illiy edin
Bəs bu hal hazırda əsgər də olan şəxslərə də aiddir?
əlaaaa bu qərariniza saygim var pis olmazdi şukur sizi verənə
Azaldin çox ehtiyacimiz var balamiza qovuşmaga nə olar 18 ay yox hec olmasa 1 il nə olar
6 ay xidmət etsinlər fərgi yoxdur təhsil var yoxsa yox. amma o şərtlə ki hamı bu xidmətdən keçməlidir. xidmət etmiyyənlərə dövlət qurumlarında və digər sahələrdə vəzifə tutmağa qadağa qoyulsun. görün necə hamı öz ayağı ilə necə gedəcək hərbi xidmətə. Lazımsız strukturları ləöv etmək lazımdır. Çağırış müddəti yalmız silahın istifadəsi bə çöldə təlimlər şəkıində olmalıdı.
Çox gözəl olardı Türkiyə və digər ölkələrdə də belədir.Tezlikle düzəliş edim maksimum 1il
Çox gözəl olardı Türkiyə və digər ölkələrdə də belədir.Tezlikle düzəliş edim maksimum 1il olmağı ela olardı.Hem büdcəyə komek hem insanlara
İnşallah normal vaxt 1 ilə endiriler
Mənim oğlum Oksford universiteti bitirib,indi Kembric universitetde magistrada oxuyur.Biligli uşağıdır.Gelen il istəyir ekler doktorluga oxusun.hesab edirəm ki belə Vunderkind uşağları eskerlikden azad edəsiniz,yada 3 ay edirsiz eskerliyi.Siz öz fikrini bildirin??
Türkiyədə magistraturada təhsil almaqdan imtina edib bakalavr tehsilim ile 1999cu ildə hərbi xidmətə getdim,12ay xiidmet etdim(.Umid edirdim müharibə başlayacaq,diyusecegik.) işə girəndə fərq qoyulmadi hərbi xidmət keçmək işlər məndən yuxarı yerdə vəzifə tutdu.Bizde hər şey riyakarlıqdır.