İyirmidən çox jurnalist Fələstin-İsrail münaqişəsi zamanı həyatını itirib.
KONKRET.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
“Son məlumata görə, hər iki tərəfdən ölən 4000-dən çox insan arasında ən azı 22 jurnalist də var”, – Komitədən bildirilib.
“Jurnalistlər İsrailin qurudan hücumu, hava hücumları, kəsilən rabitə və geniş elektrik kəsilməsi səbəbindən yüksək risklərlə üzləşirlər”, – Təşkilat qeyd edib.
Qeyd edək ki, 22 jurnalistin öldüyü artıq təsdiqlənib.
Ariz Həsənoğlu,
KONKRET.az