22 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındıbackend

22 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana 22 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə KONKRET.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 22 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*