24 saata tərk edilən 122 kənd və qəsəbəbackend

24 saata tərk edilən 122 kənd və qəsəbə

Elman Məmmədov, jurnalist

Artıq 30 ilə yaxındır ki, hər il işğal altında olan rayonlarımız ələ keçirilibmi deyək, zəbt olunub, yağmalanıb, satılıbmı deyək, ildönümlərini qeyd edirik. Deyəcəksiniz ki, burda nə var, hər bir kəs buna müxtəlif ad qoyur, ancaq bir jurnalist olaraq həmişə diqqətimi bir məqam cəlb edib: Ağdamın ərazi və əhali potensialı.

Erməni işğalçıları tərəfindən gör nələrimiz dağıdılıb, yandırılıb və talan olunub: “Qəsəbə və kənd – 122, sənaye və tikinti obyekti – 48, mədəni – məişət obyekti – 599, tarixi abidə – 27. Bu sadalananlar arasında diqqətim bir məsələdə ilişib qaldı. Əhalisinə görə Ağdam zəbt olunmuş rayonlarımız arasında birinci yerdədir. Doğrudur, verilən şəhid sayına görə də ilk sıralardadır, ancaq ən dəhşətli fakt isə ondan ibarətdir ki, bu boyda rayon bir günə işğal olunub, yəni 24 saata. Bəli, daha bir milli heysiyyatı olan vətəndaşı sarsıdan fakt – bir günə 122 qəsəbə və kənd işğal olunub. Belə çıxır ki, uğrunda bir saat belə mubarizə aparılmayan qəsəbə və kəndlər uğrunda 122 saat döyüşülsəydi, azı 5 gunə hər kənd uğrunda bir saat belə vuruşub olməyə dəyərdi. Ən azı bir saat partizan kimi qorumaq olardı doğma kəndi, qəsəbəni. Mən doğma kəndi, doğma qəsəbəsi, Vətəni uğrunda vuruşub şəhid olanların ruhları qarşısında sayqı ilə baş əyirəm. Ancaq fakt odur ki, o boyda Ağdam bir günün, 24 saatın işərisində təslim edildi, satıldı, atıldı. Bu faktlardan sonra adını siz qoyun!!!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*