“258 min manat pulu şəxsən Rafiq Bayramova vermişəm” – İdarə rəisibackend

"258 min manat pulu şəxsən Rafiq Bayramova vermişəm" - İdarə rəisi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

KONKRET.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova ifadə verib. O, təqsirləndirilən R.Bayramova yalnız 500 manat pul verdiyini deyib: “2019-cu ildə Novruz bayramını təbrik etmişəm”.

Daha sonra Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quliyev ifadə verib. O, R.Quliyevə tabe olduğunu, sabiq nazir müavininə iki aydan bir 800-1000 manat pul verdiyini söyləyib: “Ümumilikdə ona 128 min manat pul vermişəm. Pulu da musiqi məktəblərindən yığırdım. Qaydalar bu cür idi”.

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev dindirilən zaman musiqi məktəblərindən pulları R.Bayramova verdiyini deyib: “Kurasiyamız onun əlində idi. Soruşmurdum niyə verməliyəm. 2017-ci ildən hər ay 9 min pul verirdim, 2019-cu ildən isə bu məbləğ daha da artdı. 2017-2020-ci ilədək 258 min manat pulu şəxsən özünə vermişəm”.

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliev keçmiş nazir müavini R.Bayramova 6 min manat, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev 48 650 manat, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov isə 500 manat dəyərində hədiyyə, 8 ay ərzində hər ay 500-1000 manat pul verdiyini vurğulayıb.

Məhkəmənin növbəti prosesi gələn həftə davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxs ümumilikdə 1 milyon 800 min manat rüşvət alıb. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*