Bakı şəhəri, Nəsimi rayonunda (“3-cü mikrorayon bazarı” adlanan ərazidə) baş verən yanğın söndürülüb.
KONKRET.az bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***
18:19
Bakı şəhəri, Nəsimi rayonunda (“3-cü mikrorayon bazarı” adlanan ərazidə) baş verən yanğın saat 18:00 dəqiqədə məhdudlaşdırılıb.
KONKRET.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Əlavə məlumat veriləcək.
***
17:51
Bakıda bazar yanır.
KONKRET.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (“3-cü mikrorayon bazarı” adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.