Krasnodar hava limanı cümə axşamı Moskva vaxtı ilə saat 9:00-dan (Bakı vaxtı ilə 10:00) uçuşlar üçün açılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hava limanı təhlükəsizlik baxımından 2022-ci ilin fevral ayının sonundan etibarən fəaliyyət göstərmirdi.