Türkiyənin Elazığ bölgəsində 3 yaşlı uşaq əməliyyatla udduğu 19 maqnitdən xilas edilib.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, hadisə Ərzurumda baş verib. Evdə oyun oynayan uşaq maqnitləri udub və vəziyyəti pisləşərək xəstəxanaya çatdırılıb.
Endoskopik əməliyyatla maqnitlər uşağın boğazından çıxarılıb. Maqnitlərin bir-birinə yapışdığı və qida borusunu tıxadığı müəyyən edilib.
Prof. Dr. Doğan, əməliyyatın mədəyə xüsusi mesh qoyularaq həyata keçirildiyini və uşağın səhər ümumi vəziyyəti yaxşılaşdıqdan sonra evə buraxıldığını bildirib.