4 nəfəri aldadıb kartına pul köçürən Bakı sakini tutuldubackend

4 nəfəri aldadıb kartına pul köçürən Bakı sakini tutuldu

Gəncə şəhər sakini olan 4 nəfəri aldadan şəxsin müxtəlif vaxtlarda 235, 100, 65 və 55 manat olmaqla onların ümumilikdə 455 manatını hesabına ödətdirərək ələ keçirməsi barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, keçirilən əməliyyat tədbirləri ilə dələduzluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 33 yaşlı F.Şirəliyev Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*