DİQQƏT: Etibarnamə ləğv olunur,  avtomobili belə idarə edəcəksinizbackend

DİQQƏT: Etibarnamə ləğv olunur, avtomobili belə idarə edəcəksiniz

Azərbaycanda etibarnamə ilə avtomobil alqı-satqısı hələ də geniş yayılıb. Lakin bu sistem bir çox hallarda vətəndaşlar üçün ciddi problemlərə səbəb olur.

Bəs, etibarnamə ilə satış mexanizmi tamamilə ləğv edilməlidir, yoxsa müəyyən qaydalar çərçivəsində tənzimlənməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, etibarnamə ilə avtomobil idarə etməyə ən azından yaxın qohumlar və ailə üzvləri arasında ehtiyac olmamalıdır:

Yasin Mustafayev

“Düzdür, DYP burada sui-istifadə halları ola biləcəyini əsas gətirir. Amma kiminsə icazəsiz avtomobili idarə etməsi artıq oğurluq və şəxsi mülkiyyətə müdaxilə kimi cinayət məsuliyyəti yaradır. Yəni bu, ayrıca bir məsələdir.”

Ekspertin sözlərinə görə, etibarnamə sistemi ümumilikdə ləğv edilməlidir:

“Ər-arvad nikah dövründə avtomobili birgə əldə ediblərsə, bu, artıq ortaq əmlak sayılır. Buna baxmayaraq, birinin digərinə etibarnamə verməsi absurddur. Avtomobilin qeydiyyat şəhadətnaməsi varsa, bu, avtomatik etibar deməkdir. Əgər kimsə maşını oğurlayıbsa, bu, etibarnamə ilə bağlı məsələ deyil, cinayətdir.”

Yasin Mustafayev əlavə edib ki, inkişaf etmiş ölkələrdə etibarnamə ilə avtomobil idarəetmə praktikası yoxdur və Azərbaycan da bu sistemdən imtina etməlidir.

Aynurə İsmayıl
KONKRET.az

  • Rizvan
    Oktyabr 14, 2025 - 19:16

    Daha yaxşı olar ki texniki baxış ləğv edilsin 30 manatlıq rüsum 170 manatla başa gəlir bu kimə lazımdır onsuzda sığorta və. Utilizasiya pulu ödənilir.Bir qoynunda neçə deri olur üç dəfə soyurlar

  • Муган.
    Oktyabr 15, 2025 - 01:02

    Texniki baxışı qulluğu sertifikatlaşdırılmış təmir məntəqələrinə verilməlidi (СТО).

  • Zaur
    Oktyabr 16, 2025 - 12:16

    Əgər belə bir qərar qüvvəyə minməyibsə başlıqda niyə ” ləğv olunur ” yazıb yalan informasiya yayırsız ?

  • Elmin
    Oktyabr 16, 2025 - 13:25

    Xəbəri düzgün paylaşın harda nə vaxt qəbul olunub bu qərar başlığına “ləğv olunur” yazmısınız? Niyə yalan məlumat verib insanları aldadırsız?

  • Elşad
    Oktyabr 16, 2025 - 15:39

    Yalan başlıq qoymaq jurnalistika deyil. Çox yaxşı olardı ki, bunu edənlər fırıldaqçılıq maddəsilə rəsmi şəkildə məsuliyyətə cəlb olunsunlar.

  • Zaur
    Oktyabr 16, 2025 - 19:01

    Hər hansı bir xidmət bu ölkəyə gəlir gətiri o heç vaxt ləğv olunmayacaq.

  • Laiq
    Oktyabr 17, 2025 - 10:28

    Sənin inkişaf etmiş ölkələrdən başqa nə bildiyin var? O inkişaf etmiş ölkələrdə maaşda inkişaf edib, orda 400 manat maşını ada keçirməkdisə 4000 manatda maaşdı ən azı, siz 1 aylıq əmək haqqına maşın qeydiyata salırsız. Texniki baxışda 150-200 manat. Niyə? Necə baxırlarki texniki baxışda? Maşının hər hansı bir prablemi çıxanda prablemini həll edir texniki baxış?

  • Firon
    Oktyabr 17, 2025 - 10:31

    Sizin inkişaf etmiş ölkələrdən başqa bildiyiniz nə var? İnkişaf etmiş ölkələrdə 400 manata maşın adına keçirmək qeyduyata salmaq olursa minumum əmək haqqıda 4000 manat olur. Bizdə maşın adına salmaq üçün 1 aylıq əmək haqqı ödəməlidir vətəndaş. Texniki baxış 150-200 azn. Niyə? Texniki baxış zamanı maşında yaranan hər hansı bir prablemi həll edir baxış keçirən? Niyə bəs bu qədər pul alır?

  • Ramil
    Oktyabr 17, 2025 - 14:15

    Yalan başlıqlara görə artıq demək olar ki, heç məlumata daxil olmuram. Saytı da bloklayacam.

  • Elxan
    Oktyabr 21, 2025 - 07:50

    Azının başlığı yalandır.. artıq bir-neçə dəfədir. Saytı daha oxumayacam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*