Türkiyənin Biləcik mahalında 1979-cu ildə məktəbi bitirən 16 şagird bir araya gəlib. Onlara sinif rəhbərləri də qatılıb.
KONKRET.az xəbər verir ki, görüşü həmin sinifin məzunlarından biri, hazırda iş adamı olan Hakkı Öztəkin təşkil edib. O, gərgin iş həyatı ilə eyni vaxtda dostları ilə görüşməyin xoş olduğunu söyləyib.
Məktəbi ziyarət edən dostlar, xatirə kitabında olan 40 il əvvəl məktəbin qarşısında çəkdirdikləri fotoşəkilə bənzər yeni bir şəkil çəkdiriblər.
Hazırladı: Günel Museyib