“Baş Qərargahın səfərbər olmağı təklif etdiyi 500 min yox, 40 milyon ukraynalının hamısı döyüşməlidir”.
KONKRET.az xəbər verir ki, bu açıqlama ilə, Ukraynanın Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim çıxış edib.
Onun fikrincə, nə qədər çox ukraynalı səfərbər olsa, Rusiya prezidenti Vladimir Putin bir o qədər tez təslim olar.
“Əgər Putin görsə ki, Ukraynada 500 min yox, 2 milyon könüllü orduya qoşulub, o geri çəkiləcək” – deyə Vitali Kim bildirib.
Burhan,
KONKRET.az