Sumqayıtda intihar hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rzayev Xalid Sərdar oğlu yaşadığı beşmərtəbəli binanın blokunda özünü asıb.
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./apa/