backend

Türkiyədə Ərdoğanın vəzifəsini müvəqqəti olaraq icra edəcək şəxsin adı açıqlanıb

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın vəzifəsini müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaz icra edəcək.

KONKRET.az xəbər verir ki, dövlət başçısının bu barədə qərarı “Rəsmi qəzet”də dərc olunub.

Bildirilib ki, buna səbəb R.T.Ərdoğanın ABŞ-a səfəridir.

Qeyd olunub ki, prezidentin sentyabrın 21-dən 26-dək davam edən səfəri ilə əlaqədər Türkiyə konstitusiyasının106-cı maddəsinə uyğun olaraq prezidentin vəzifələrini vitse-prezident icra edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*