50-dən çox beynəlxalq şirkət Rusiyadan Qazaxıstana köçdübackend

50-dən çox beynəlxalq şirkət Rusiyadan Qazaxıstana köçdü

Rusiyadan Qazaxıstana 56 beynəlxalq şirkət köçüb.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

O, şirkətlərin başqa ölkələrdən köçürülməsi üçün şərait yaratmağa çağırıb.

Qazaxıstanın Baş naziri Əlixan Smailov da jurnalistlər üçün keçirdiyi brifinqdə bir çox xarici şirkətlərin Rusiyanı tərk etdiyini bildirib:

“Biz 300-dən çox xarici şirkətin siyahısını tərtib etmişik. Onlara Qazaxıstanda fəaliyyət imkanları barədə məlumat verilib”.

Qeyd edək ki, avqust ayında Qazaxıstan höküməti Rusiyanı tərk etmiş 250-dən çox şirkətin köçürülməsi üzərində işlədiklərini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*