50 ildir çimməyən “Hacı dayı” öldübackend

50 ildir çimməyən “Hacı dayı” öldü

İranda 50 ildir çimməyən “Hacı dayı” ləqəbli kişi vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə İranın rəsmi “İrna” agentliyi məlumat yayıb.

Bildirilir ki, xəstələnmək qorxusu ilə yuyunmaqdan imtina edən iranlı 94 yaşında dünyasını dəyişib.

Fars əyalətinin Farsbənd rayonunun Dəcgah kəndində yaşayan kişi bir neçə il əvvəl gənclər tərəfindən hamama aparılsa da, o, maşından düşüb qaçmışdı.

Xəstələnməkdən qorxduğu üçün çimməkdən qaçan “Hacı dayı” illər sonra kənd sakinlərinin səyi ilə hamamdan istifadə edib, lakin bundan bir neçə ay sonra xəstələnərək dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*