Polislərin maaşı ilə bağlı yenilikbackend

Polislərin maaşı ilə bağlı yenilik

Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək üçün polisin fəaliyyətinin maliyyələşdirilməsi mənbələri artırılır.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Polis haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürüləcək:

– polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

– polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi.

Nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Qeyd edilib ki, analoji norma “Prokurorluq haqqında” qanunun 39-cu maddəsində də öz əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

  • Esger
    İyun 22, 2025 - 02:59

    Deyirem MasAllah Allah Azerbaycanimizi qorusun , Veteran lara verilen muavinat i qaldira bilmirler bu qeder mi cetindi bu qedermi di hormet?? Cox heyif….

  • Sherafet
    İyun 22, 2025 - 11:28

    Hə artırın ..biz acından ölsəkdə olar

  • Allah bəndəsi
    İyun 23, 2025 - 11:00

    Ancax harınlaşmış “insanların” maaşlarını artırın yaxşımı. Birdən karlxıb yetim yesirin, kasıbın pensiyasını veteran pulun artrarsız haa

    • Əli
      İyun 24, 2025 - 13:39

      niyə apşaka danışırsız harınlamış nədi hamı öz evinə uşağına çörəy qazanmaq üçün işləyir yəqin sizin evdə pulu alan öz qarnına dağıdır

  • Murik
    İyun 24, 2025 - 12:14

    SOCAR 4ildi maaşları artırmır dövlət büdcəsi ilə mailiyyəşənlərin 2defe maaşı artdı amma neft şirkəti hələdə maaşları artırmayıb biyabırçılıqdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*