Dostlar, sizi təbrik edirəm, adi məişət lampalarının qiyməti 200 faiz qalxıb. Bəli, əvvəllər 40-50 qəpiyə aldığımız adi “spiral” lampalarını satmağı qəti qadağan ediblər. Müraciət etdiyim “Təsərrüfat malları”, “1000 cür xırdavat” mağazaları belə deyir. İndi bu lampaları satmağın cəriməsi, hüquqi şəxsər üçün 1000 manatdan çoxdur. Bəs, əvəzində bizə nə təklif edirlər?
Əvvəllər “arqon” qənaət lampalarını müxtəlif modifikasiyalarından asılı olaraq, 50 qəpikdən 1 manata kimi almaq olurdu. İndi Tarf Şurası bu lampaların da qiymətini qaldırıb, ən ucuzu 2 manatdır. Deməli, biz əvvəllər 50 qəpiyə aldığımız lampaları indi 2 manatdan almalıyıq, qiymət 200 faiz artıb. Keyfiyyət isə, 1 faiz də artmayıb. Mən keçən həftə 10 manat verib 5-ni almışdım, artıq ikisi xarabdır. Belə-belə işlər…
Qalib Arif
