Pensiyaçılara VACİB XƏBƏR: Əgər Sovet dövründə iş stajınız varsa, o zaman…backend

Pensiyaçılara VACİB XƏBƏR: Əgər Sovet dövründə iş stajınız varsa, o zaman...

Azərbaycanda pensiya sistemi ilə bağlı vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də SSRİ dövründə toplanmış əmək stajının və formalaşmış pensiya hüquqlarının bu gün qüvvədə olub-olmamasıdır. Xüsusilə yaşlı nəslin nümayəndələri uzun illər sovet dövründə çalışdıqları müddətin müasir pensiya hesablamalarında necə nəzərə alındığını aydın şəkildə bilmək istəyirlər. Müstəqillikdən sonra ölkədə pensiya qanunvericiliyi dəfələrlə dəyişsə də, əvvəlki dövrlərə aid hüquqların taleyi ilə bağlı cəmiyyətdə zaman-zaman suallar yaranır. Bəs SSRİ zamanında toplanmış pensiya stajı və hesablamalar bu gün də keçərlidirmi, yoxsa yeni sistemdə həmin dövrün hüquqları itirilmiş sayılır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, həmin dövrdə toplanmış pensiya stajı və hesablamalar bu gün də qüvvədədir və pensiya hüququnun müəyyənləşdirilməsində nəzərə alınır.

“Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilən hüquqi aktlarda və Konstitusiyada əvvəlki dövrdə qüvvədə olmuş qanunvericiliyin tanınması açıq şəkildə qeyd olunub. Bu isə SSRİ dövründə formalaşmış pensiya hüquqlarının qorunmasını təmin edir”.

Əkrəm Həsənov vurğulayıb ki, əgər vətəndaşın həmin dövrdən pensiya stajı və ya hüququ mövcuddursa, bu, müasir pensiya sistemində də nəzərə alınır və hesablamalara daxil edilir.

Aynurə İsmayıl
KONKRET.az

  • Bəhram Qaffarov
    Fevral 4, 2026 - 10:20

    Mənim 24 il7 ay stagım var.220m təyin ediblər.3 ildir artım da etmirlər.Hec işləməyənə və mənə fərq qoyulmur.Bu nə dərəcədə düzgündür.İzah edərdiniz.Zəhmət olmasa.

  • Araz
    Fevral 4, 2026 - 18:18

    Hörmətli hüquqşünas, ekspert o dediyiniz qanun hardadır? Pensiya hesablanarkən 2006 cı ilədək işlədin, işləmədin 25 il iş stajı yazılır. 40 il iş stajı olsada.

  • Əli Əliyev Abbasqulu oglu
    Fevral 5, 2026 - 09:07

    Salam,Ali təhsillilyəm1984 ci ildən 2024 ci ilə qədər iş stajı var,yaşa görə pensiyaya çıxmışam,320 manat pensiya alıram,bu nə dərəcədə düzgür?mən pensiyaya narazıyam.

    • Xatire
      Fevral 5, 2026 - 22:26

      2 və 3 ay işləyən də 320 manat pensiya alır, 30-40 il işləyən də 320-350 manat pensiya alır. Bəs bu qədər stajın heçmi əhəmiyyəti yoxdur?

  • Arif
    Fevral 5, 2026 - 09:32

    Yoldaşım 20 stajı var, lakin pensiya əvəzinə müavinət verilir, 220 manat, 2024-ci ildən heç bir artım yoxdur???

  • Zenfira
    Fevral 5, 2026 - 23:27

    Salam mənim 47 il stajìm var. 01.07.2022_ çi ildən əmək pensiyasi alìram. 47 illik staja qarşı hal hazırda 399,0 manat pensiya alıram .zəhmət olmasa bildirərdiniz bu nə dərəcədə düzgündü? Məndə digər pensiyaçılar kimi pensiya dan nərazıyam.

  • Zenfira
    Fevral 5, 2026 - 23:29

    Salam mənim 47 il stajìm var. 01.07.2022_ çi ildən əmək pensiyasi alìram. 47 illik staja qarşı hal hazırda 399,0 manat pensiya alıram .zəhmət olmasa bildirərdiniz bu nə dərəcədə düzgündü? Məndə digər pensiyaçılar kimi pensiya dan nərazıyam.

  • İsmayll
    Fevral 6, 2026 - 08:47

    Mənim Atamında 17il stajı var 1959quz təvəllutdü amma buna baxmıyaraq 220m pensiya alır həqiqətən bu doğru olub hesab olunsa çox gözəl olar?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*