“516 manat pensiyaya az demək olmaz” – Sahil Babayevbackend

"516 manat pensiyaya az demək olmaz" - Sahil Babayev

“Gələn il üçün ölkədə yaşa görə orta aylıq pensiyanın məbləği 516 manat müəyyən edilib və bu rəqəmin Azərbaycan üçün az olduğunu demək olmaz”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, minimum pensiyaya görə minimum əməkhaqqı MDB məkanı sırasında həm nominal, həm də alıcılıq qabiliyyətinə görə 1 və ya 2-ci yerdədir: “Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil, amma arzuolunan səviyyədən aşağıdır”.

  • Namiq
    Noyabr 4, 2023 - 19:28

    Hörmətli nazir! 516 manatı ay ərzində tələb olunan ərzaq malları, geyim və məişət ləvazimatları, kommunal xərclər üzrə bölgüsünü də təqdim etsəniz yaxşı olar. Yaxın qohumların toy və yas mərasimlərini nəzərə almasanız da olar. Və övladınıza ay ərzində verdiyiniz cib xərcliyi ilə müqayisə edin.

  • Rasim
    Noyabr 4, 2023 - 21:17

    Salam.Siz 300m.alannan 1500-3000 alanlarla necə hesab edirsiniz düzgündür??? Vicdanla danışmaq lazımdır.Allahdan gorxmayirsiz?

  • Renat
    Noyabr 4, 2023 - 22:23

    Salam hormetli nazır xahiw edirem veteran pullarinida artırın.

  • Xeyal
    Noyabr 5, 2023 - 05:25

    Salam men Allahdan can sagligi isteyirem. puluda Sahil Babayevden..

  • Əfrail Səfərov
    Noyabr 5, 2023 - 08:10

    47 il əmək stajım var. Aldığım pensiya 280 manatdır. Sahil babayev bu pensiya ilə neçə saat yaşaya bilər?

    • Nadir Həsənov
      Noyabr 6, 2023 - 09:14

      Bu məbləğ onun bir dəfə bahalı restoranda şam yeməyinin məbləğidir. 42 il də mənim iş stajım var, 2006-cı ilə qədər olan sovet dövründə ən yüksək maaş alanlardan biri də mən idim. O vaxtlar məndən tutulan sosial vergi niyə nəzərə alınmır? Milli məclisin üzvlərindən xahiş edirəm bu məsələyə daha ədalətli nöqteyi- nəzərdən ranaşsınlar

  • Yafes
    Noyabr 5, 2023 - 11:01

    Cenab nazir 516 manatnan bir ay yaşiya bilersiniz .? Xahiş deyinde zehmet olmasa

  • Nazim
    Noyabr 5, 2023 - 22:09

    Cənab nazir, axı Azərbaycanda 3-4 min pensiya alanlar var. Sizin pensiya hesablama sisteminiz düzgün deyil. Necə olur ki, 46 il müəllim işləmiş adam 400-500 manat civarında pensiya alır. Ancaq polis də, vergi də və ya gömrük də 15-20 il işləmiş şəxslər 800-1000 manat civarında pensiya alır? Axı sizə kim ixtiyar verib ki, 2006- ci ilə qədər iş stajına görə hər ilə görə cəmi beş manat hesablayasiniz? Axı bu ədalətsizliyə son qoymaq lazımdır. İnsanları bu qədər incitmək olmaz…

  • Sahib
    Noyabr 5, 2023 - 22:49

    Atana 516 manat ver, gör sənə nə deyəcək.Bir aydan sonra səni oğulluqdan çıxaracaq, buna əmin ol…

  • Orxan
    Noyabr 6, 2023 - 00:23

    516 manat pul yaxşı pul belə olsa yaxşı olar

  • Bəşir
    Noyabr 6, 2023 - 18:05

    Kim alır kim verir .yaxşı heç ayda 1 manat evinə girməyən ailələr var hara gedirsən iş yoxdu varsada 300 manat oda canın çıxana kimi işletib verilər gel 5 baş külfəti saxla çox haqsızlıgdı bu birde avropana müqaise edirsiz herşeyi riyalıq qalıb pərdə arxasında

  • Ramiz Sarıvəlli
    Noyabr 8, 2023 - 15:48

    Azərbaycanda haqsızlıq baş alıb gedir.Çünki haqqı nahaqqa qatıb yiyənlər ölkənin başında duranlardır.

Yafes üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*