backend

53 yaşlı qadın dəm qazından zəhərləndi

Hadisə axşam saat 21 radələrində Qax şəhəri N. Nərmanov küçəsində baş verib.

KONKRET.az-ın APA-ya istinadla məlumatına görə, 1968-ci il təvəllüdlü Sveta İsmayıl qızı Şamxalova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

53 yaşlı qadın yaxınlarının köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra S. Şamxalovanın vəziyyəti  stabilləşib. Hazırda onun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*