60 tibb işçisi qidadan zəhərləndibackend

60 tibb işçisi qidadan zəhərləndi

Türkiyənin Aydın vilayətində Atatürk Dövlət Xəstəxanasının 60 tibb işçisi zəhərlənib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, onlar qida zəhərlənməsi şübhəsi ilə işlədikləri xəstəxananın təcili xidmətinə müraciət etməli olublar.

Qeyd edilir ki, xəstəxana işçiləri nahardan sonra ürəkbulanma, qusma və ishaldan şikayətlənməyə başlayıblar. Məlum olub ki, halı pisləşən işçilər günorta yeməyi zamanı əsasən toyuq və toyuq məhsulları yeyiblər.

Fakt üzrə araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*