Sertifikasiya imtahanından kəsilən, növbəti imtahanda isə iştirak etməyən Goranboy rayonunun Düzqışlaq kənd orta məktəbinin ibtidai sinif müəllimi 60 yaşlı Nailə Həsənovanın işinə xitam verilib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, 59 yaşında imtahanda iştirak edib müvafiq keçid balını toplamayan müəllimlər cari ilin avqust ayında yenidən sertifikatlaşma prosesinə cəlb edilib:
Qeyd edək ki, Nailə Həsənova 60 yaşı olduğunu bildirib.
Onun sözlərinə görə, məktəb direktoru ona növbəti sertifikasiya imtahanı zamanı 60 yaşı olduğu üçün könüllü şəkildə ərizə yazaraq iştirak etməkdən imtina edə biləcəyini deyib. O isə növbəti imtahan zamanı ərizə yazaraq iştirakdan könüllü şəkildə imtina etdiyi üçün işinə xitam verildiyini qeyd edib.