Azərbaycanda son illərin kadr islahatları təqdirəlayiqdir. Lakin bəziləri bunu klanlararası mübarizə, köhnə – Ramiz Mehdiyev eskadriyasının Xəzərdə batırılması kimi qələmə verir. Çar Rusiya və SSRİ işğallarında ruslardan başqa axmaq xüsusiyyət də götürmüşük. Bu da torba tikməkdir. O vaxt Moskvanın gözündə yüksək qalmaq üçün hər oyundan çıxırdılarsa, hazırda həmin xasiyyətin varisləri “müdir stukaçlığı” ilə yüksək maaş, vəzifə artımına nail olurlar. Fəxri ad alanlar da var. Ona görə də indi işə götürənlər vakansiya ilə bağlı müraciət edənin istedad və intelektinə yox, mənfi keyfiyyətlərinə müsbət bacarıq kimi baxırlar. Yaltaq, xəbərçi, torbatikən olmayanlar xüsusi karyeraya ümid etmirlər.
KONKRET.az xəbər verir ki, yaradıcı mühitdə belə mənfiliklər qəbuledilməzdir. Yəni bir səhnə arxasında drammatik obraza köklənmək istəyən aktyorların koklektiv arasında pornoqrafik torbatikənlərlə üzləşməsi, onsuz da batmaqda olan film industriyasına da məzar qazır. Lakin “yesən də, budur, yeməsən də” şərtilə üzləşən aktyorlar ya rifaha görə qalır, ya da istefa məktubu alır.
Xalq artistlərinin işdən çıxarılma bəhanələri, yaxud mədəni torba:
– Mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması nəzərdə tutulur;
Yuxarıda qeyd olunan Mehdiyevin ağsaqqallar şurası ələnməkdədir. Lakin 65 məhdudiyyəti aktyorlara aiddirsə, digər strukturlara da şamil olunmalıdır. Yoxsa gülünc və primitiv bəhanə kimi səslənir. Məsələn Ziyad Səmədzadənin 82 yaşı var, hələ də deputatdır. Belə nümunələr çoxdur. Xalq seçib desəniz, işdən çıxarılan aktyorları da xalq sevir.
– Elmi və fəxri adları olan şəxslərlə müqavilələr 75 yaşına qədər uzadıla bilər. Bu, həmin şəxsin çalışdığı müəssisənin səlahiyyətində olan məsələdir;
Bəli, Mədəniyyət Nazirliyi demək istəyir ki, xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyevanın işdən çıxarılması bizlik deyil. Onların işdən çıxdığını təkzib edənlər də var. Cavabın digər hissəsində yaşlı aktyorların istefasına gənc aktyorların yetişdirilməsi, yeni istedadlara şərait yaradılması donu geyindirilib, bəraəti gətirilib.
II Qarabağ savaşı haqqında film çəkməyənlər gənc aktyorların fikrini çəkir? Səmimi olun, ya da yox, gücə düşərsiniz. Ondansa, gülümsəyin, cənablar, gülümsəyin. Bu sizdə alınır.
KONKRET.az-ın Araşdırma Qrupu