“Faytonçu” ləqəbi ilə tanınan müğənni Nazim Pişyarinin sosial şəbəkələrdə yayılan görüntüləri izləyiciləri şoka salıb.
KONKRET.az xəbər verir ki, “Yağış” mahnısı ilə tamaşaçıların qarşısına çıxan müğənni həm xarici görünüşü, həm də ifası ilə insanları məyus edib.
Əksəriyyət Nazimin arıqlayaraq pis görkəm aldığını bildirib. Müğənninin mədə kiçiltmə əməliyyatı keçirdikdən sonra tanınmaz hala düşdüyü barədə iddialar da səslənib. Bir çoxları hətta onun xəstə olduğu ilə bağlı fikirlər irəli sürüb, Allahdan şəfa diləyiblər.
Müğənninin son durumu aşağıdakı videoda:
