7 ölkənin xarici işlər nazirləri Kiyevə yollandıbackend

7 ölkənin xarici işlər nazirləri Kiyevə yollandı

Latviya, Estoniya, Litva, Finlandiya, İslandiya, Norveç və İsveçin xarici işlər nazirləri Ukraynaya yollanıblar.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, onların Ukraynaya yollanmasına səbəb ölkəyə gələcək dəstəyi müzakirə etməkdir.

Səfərlə bağlı Latviyanın xarici işlər naziri Edqars Rinkeviç tviter səhifəsində paylaşım edib.

“Biz Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirləri bu gün Ukrayna ilə həmrəy olmaq üçün Kiyevə yollandıq. Rusiyanın bomba yağışlarına və barbar vəhşiliklərinə baxmayaraq, Ukrayna qalib gələcək”,-deyə nazir bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*