70-ci iilərin Əfqanıstanı: qısa ətəkli qızlar, azad təhsil… – FOTOlarbackend

70-ci iilərin Əfqanıstanı: qısa ətəkli qızlar, azad təhsil... - FOTOlar

Əfqanıstan həmişə indiki kimi olmayıb, 60-70-ci illərdə burada İŞİD və ya “Taliban” təhlükəsinin nə olduğunu bilməyən və bu ölkəni sabitlik, dözümlülük və hətta mötədillik diyarı sayaraq yaşayan insanlar olub.

KONKRET.az bildirir ki, 1930-cu illərdən 1970-ci illərədək bəziləri böyük güclərin döyüş meydanı olan bu ölkənin paytaxtını “Mərkəzi Asiyanın Parisi” adlandırıblar.

O zamanlar Kabilin küçələrində mini ətəklərdə gəzən əfqan qızlarının fotoları buna sübutdur. Bundan başqa, istənilən qız sərbəst şəkildə təhsil ala bilirdi.

“Amnesti İnterneyşnl” təşkilatında işləyən Horiya Mosadiq 2013-cü ildə hazırladığı hesabatda yazırdı: “Balaca qız olduğum vaxtlarda anamın qısa ətək geyinməsini və məni kinoya aparmasını xatırlayıram. Xalam Kabilda universitetdə oxuyurdu”.

Bir sözlə, burada bir vaxtlar Qərb normaları mövcud olub.

Şah 1973-cü ildə çevriliş nəticəsində taxtdan salınıb və 29 il davam edən sürgündə yaşayıb. 1979-cu ilin dekabrında Əfqanıstana Sovet qoşunları müdaxilə edib və bu müdaxilə 1989-cu ilin fevralında başa çatıb.

1996-cı ildə “Taliban” Kabil də daxil olmaqla ölkənin böyük ərazilərinə nəzarəti ələ alıb. Kabil 2002-ci ildə Əfqanıstana ABŞ və Britaniya qoşunlarının müdaxiləsinədək “Taliban”ın nəzarətində olub.

Bu gün isə Taliban yenidən Əfqanıstanda hakimiyyəti ələ keçirdi.

Zaur Həsənəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*