70 tonluq “Airbus” ən gənc pilota həvalə olunub – 24 yaşlı Alimin uçuşları ŞOKA SALIRbackend

70 tonluq “Airbus” ən gənc pilota həvalə olunub - 24 yaşlı Alimin uçuşları ŞOKA SALIR

24 yaşlı Alim Uygun “Ajet”in “Airbus A320” donanmasında xidmət edən ən gənc pilotdur.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, uşaq yaşlarından aviasiyaya böyük maraq göstərən Alim Uygun ilk dəfə 6 yaşında kompüter vasitəsilə uçuş simulyatorları ilə tanış olub.

Uşaqlıqdan gələn bu marağını peşəyə çevirmək üçün Macarıstanda təhsil alıb.

Zəruri hazırlıqları başa vurduqdan sonra 22 yaşında pilot lisenziyası əldə edib. Bir il sonra isə “Ajet” şirkətinin ən gənc pilotu kimi “Airbus A320” tipli təyyarədə uçuşlara başlayıb.

MACAR.jpg (127 KB)

Avropa Birliyi proqramları çərçivəsində Macarıstanda tam təqaüdlə təhsil alan Uygun bildirib:

“Xaricdə təhsil alsam da, ölkəmə faydalı bir insan olmaq üçün geri döndüm. Atatürkün xaricdə təhsil alan gənclər üçün “Sizi bir qığılcım kimi göndərirəm, alov kimi qayıtmalısınız” sözləri var. Mən də bu sözə sadiq qaldım. 2024-cü ilin yanvar ayında ilk uçuş lisenziyamı aldım. Aprel ayında isə “Base Training”i tamamladım”.

Alim Uygun bildirib ki, pilot təhsili almadan özünə avtomobil vəsiqəsi almayacağına söz verib:

“2024-cü ilin aprel ayında artıq 70 tonluq “Airbus” təyyarəsini idarə edə bilirdim, amma hələ də sürücülük vəsiqəm yox idi. Bir neçə ay sonra sürücülük vəsiqəmi də aldım. Təyyarə sürürdüm, amma avtomobil idarə edə bilmirdim”.

MACAR SON.jpg (271 KB)

Gənc pilot bir xatirəsini də bölüşüb:

““Ajet”in ən gənc pilotu olmaq mənə qürur verir. Gənc olsam da, heç vaxt unutmadığım bir uçuşum 10 noyabr 2023-cü ildə baş tutdu. Həmin günün əhəmiyyətinə uyğun olaraq, təhsil aldığım uçuş məktəbinin təyyarəsi ilə Macarıstan səmasında “sonsuzluq” işarəsi çəkdim. Bu uçuş asan deyildi, çünki 23 fərqli koordinat üzrə hərəkət etməli idim”.

MACAR EN SON.jpg (150 KB)

Aviasiya sahəsində qarşısında uzun bir yol olduğunu bildirən Uyğun sözlərini belə yekunlaşdırıb:

“Gələcək göydədir. Səmalarını qoruya bilməyən millətlər gələcəyə arxayın ola bilməzlər. “Qanadlı bir gənclik ölkənin gələcəyi üçün ən böyük təminatdır”. Aviasiyanı sevən türk gəncləri Ulu Öndərin bu sözlərini həyat düsturu etməlidirlər. Hədəflərindən əsla vaz keçməsinlər. Fürsətləri yaxşı dəyərləndirsinlər. Biz türk gəncləri olaraq 19 May ruhu ilə göylərdəyik”.

JET YENİ.jpg (154 KB)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*