Mingəçevirdə 76 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1949-cu il təvəllüdlü Tofiq Yusibov yaşadığı binanın blokunda pilləkəndən yıxılaraq xəsarət alıb.
O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.