77-ci Kann Film Festivalının qalibləri məlum olub.
KONKRET.az xəbər verir ki, “Qızıl Palma budağı”nın əsas mükafatı Şon Beykerin “Anora” filminə verilib.
Filmdə Mark Eydelşteyn, Yuri Borisov, Aleksey Serebryakov və başqaları iştirak edib.
Festivalın “Qran-pri” mükafatını Payal Kapadianın “Hər şeyi işıq kimi təsəvvür edirik” filmi qazanıb.
Digər qaliblər aşağıdakılardır:
Ən yaxşı rejissor – Migel Qomes
Münsiflər heyətinin mükafatı – Emilia Perez
Münsiflər heyətinin xüsusi mükafatı – Məhəmməd Rəsulov
Ən yaxşı debüt üçün “Qızıl Kamera” – “Armand”
Ən yaxşı ssenari – Korali Fargea
Ən Yaxşı aktrisa – Adriana Pas, Zoe Saldana, Carla Sofia Qascon, Selena Gomez
Ən yaxşı aktyor – Cessi Plemons
Ən yaxşı qısa film – “Susmağı bacarmayan adam”
Fipressi Mükafatı – “Müqəddəs əncir toxumu”