İstanbulda binalar çökdü – YENİLƏNİB(VİDEO+FOTOLAR)backend

İstanbulda binalar çökdü - YENİLƏNİB(VİDEO+FOTOLAR)

İstanbul valisi Davud Gül jurnalistlərə açıqlamasında yaşayış binalarının uçması ilə bağlı dağıntılar altından 9 nəfərin sağ çıxarıldığını deyib.

KONKRET.az xəbər verir ki, vali eyni zamanda 2 nəfərin axtarışlarının davam etdirildiyini bildirib

***

Türkiyənin İstanbul şəhərində çökən binaların sayı 3-ə çatıb. İlkin məlumata görə beş nəfər dağıntılar altında qalıb, onlardan dördü xilas edilərək xəstəxanaya aparılıb.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Fatih rayonunda baş verib.

İstanbul Valiliyindən verilən məlumata görə, hadisənin yerli vaxtla saat 12:00 radələrində binalardan birində təbii qaz səbəbindən baş verən partlayış nəticəsində meydana gəldiyi ehtimal edilir.

Hazırda bölgədəki ətraf binalarda sakinlər təxliyə edilir.  Axtarış-xilasetmə işləri davam edir.

***

İstanbulun Fatih rayonunda yaşayış binası uçub.

KONKRET.az xəbər verir ki, çökən binada axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Bir nəfər yaralı xilas edilib. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*