Rusiyada DƏHŞƏTLİ ZƏLZƏLƏ: Küçələrdə izdiham, insanlar pəncərədən tullanır – VİDEObackend

Rusiyada DƏHŞƏTLİ ZƏLZƏLƏ: Küçələrdə izdiham, insanlar pəncərədən tullanır - VİDEO

Kamçatka sahillərində 8,7 bal gücündə güclü zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu, 1952-ci ildən bəri bölgədə qeydə alınan ən güclü zəlzələ hesab olunur. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr cənub-şərqdə və Şimal Kurilskdən 360,9 kilometr şimal-şərqdə yerləşib.

Təbii fəlakət nəticəsində Petropavlovsk-Kamçatsk şəhərində bir uşaq bağçasının fasadı çöküb, bir neçə tibb müəssisəsi və sosial obyektin binasında çatlar yaranıb. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb. Məlumata görə, bəzi insanlar küçəyə qaçarkən, bir nəfər isə həyəcandan pəncərədən tullanaraq yaralanıb. Həmçinin hava limanında olan bir qadının da xəsarət aldığı bildirilib.

Kamçatka vilayətinin qubernatoru Vladimir Solodov baş verən zəlzələni son on ilin ən güclü təbii fəlakəti adlandırıb. Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı xəbərdarlıq edib ki, bölgədə afterşoklar ən azı bir ay davam edə bilər və onların da maqnitudası 7,5-ə qədər çata bilər.

Zəlzələdən sonra Kamçatkada, Kuril adalarında, Yaponiyanın şərq sahillərində, eləcə də Alyaska, Kaliforniya və Oreqon ştatlarında sunami təhlükəsi elan olunub. Rusiya Fövqəladə Hallar Nazirliyi vətəndaşlara sahilə yaxınlaşmamağı və sunamini izləməyə cəhd etməməyi tövsiyə edib. Həmçinin sahilboyu sularda və geniş girişli körfəzlərdə dayanan gəmilərə açıq okeana çıxmaq tövsiyə olunub.

Artıq Şimal Kurilsk sahillərinə ilk sunami dalğası çırpılıb. Nəticədə liman ərazisinin və “Alaid” adlı balıqçılıq müəssisəsinin bəzi hissələrinin su altında qaldığı bildirilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*