Azərbaycanda elektrik enerjisi və təbii qaz təchizatı üzrə istehlak səviyyəsindən asılı olmayan aylıq sabit tariflər müəyyənləşdirilib.
Bununla bağlı Tarif Şurası müvafiq qərar qəbul edib. Qərar “Elektroenergetika haqqında” qanuna və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək yeni “Qaz təchizatı haqqında” qanuna əsaslanır.
Tarif Şurasının məlumatına görə, sabit tariflərin tətbiqində məqsəd elektrik enerjisi və təbii qaz təchizatı üzrə infrastrukturun saxlanılması, xidmətlərin göstərilməsi və digər sabit xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsidir. Bildirilib ki, abonentlərdən aylıq sabit ödənişlərin tutulması bir çox ölkələrdə tətbiq olunur və bu mexanizm təchizat sisteminin davamlı fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır.
Qərara əsasən, elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və birfazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali abonentləri üçün 1 manat, üçfazalı təchizat sxemi ilə enerji istehlakı edən qeyri-əhali abonentləri üçün isə 3 manat müəyyən edilib.
Təbii qaz üzrə aylıq sabit tarif əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üçün 1 manat, sənaye qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üçün isə 3 manat təşkil edəcək.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, kommunal xidmətlərdə sabit tarif mexanizmi uzun müddətdir dünya ölkələrində tətbiq olunur və özünü doğruldub:
“Bu mexanizmin tətbiqi kommunal xidmət göstərən qurumların – Azərsu, Azəriqaz, Azərişıq kimi təşkilatların maliyyə sabitliyinin yaxşılaşmasına, hesabatlılığın artmasına və dövlət büdcəsindən asılılığın azalmasına xidmət edir. Bu, qiymət artımı deyil. Əksinə, növbəti illərdə tarif artımlarını azaldan amilə çevrilə bilər”.
İqtisadçının sözlərinə görə, qaz və elektrik təchizatının dayanıqlı və təhlükəsiz fəaliyyəti üçün arxa planda minlərlə işçi çalışır və ciddi xərclər çəkilir. Bu xərclərin yalnız faktiki istehlak edənlərin üzərinə düşməsi müəyyən mənada ədalətsizlik yaradır:
“Vətəndaşın bir neçə mənzili varsa və onlardan yalnız birində qaz və işıqdan istifadə edirsə, indiyədək boş qalan mənzillər üzrə xərclər dolayı yolla istifadə edənlərin üzərinə düşürdü. Sabit tariflə bu xərclər bütün abonent kodları üzrə bölüşdürüləcək və daha ədalətli sistem formalaşacaq”.
Xalid Kərimli əlavə edib ki, 2026-cı ildən etibarən vətəndaşlar bütün abonent kodları üzrə aylıq sabit tarif ödəməli olacaqlar. Məsələn, aylıq qaz sərfiyyatı 8 manat olan abonent əlavə olaraq 1 manat sabit tarif də ödəyəcək. Onun sözlərinə görə, bu mexanizm mobil və stasionar telefon xidmətlərində mövcud olan aylıq abunə haqqına bənzəyir.
Beləliklə, sabit tariflərin tətbiqi kommunal xidmətlərin maliyyə dayanıqlığını gücləndirməklə yanaşı, xərclərin istehlakçılar arasında daha balanslı və ədalətli bölüşdürülməsinə xidmət edəcək.
Aynurə İsmayıl
KONKRET.az


Çox qəribədir,görəsən niyə hər dəfə xalqın cibinə girəndə,inkişaf etmiş ölkələrdə olan təcrübə tətbiq edilir,lakin sosial rifahın artırılması,iş yerlərinin açılması,əmək haqqı və pensiyalarla bağlı bu məsələlərdə bu tətbiq heç yada düşmür..
Ölkədə bir neçə evi olmaq anlayıyışı yalnız məmurlar və kankret zənginlərə aitdir.. Nə qədər şərəfsiz və qancıq olasanki milyonlarla insanın cibinə girməyi bucür şərh edəsən..
Her seyi cox olkeden goturursuz niye usaq pulunu vermirsiz xarici olkede bu var axi
Mən sizi Allaha həvalə edirəm.
…ozunu agilli sayirsan…?!…
Bir suru seviyyesizin elinden hara qaçaq bilmirem.it yaşayişi yaşayiram.464 manata 5 nefer aile saxla ayda 150 manatda komunallar,vifi,kontur.nebilim .Allah bize kömey olsun.
Guya indi ədalətli oldu?
Bayaqdan işlətməyən ödəmirdi, indi ödəyirsə işlədənin ödənişini aşağı salın ədalətli olsun.
Azeriqaz İB nin rəhbərliyi Allah bəlanızi versin heçnə demirəm Allah eləsin ömür boyu sağlamliga həsrət qalsiz….
Hər dəfə qiymətlər artırılan belə bir misal gətirilir bir çox ölkələrdə belə ödənilir heç bir hədəfə yazılmır ki filan ölkədə qaz işıq su və kamunal pulu yığılır hələ hər hər doğulan körpəyə filan qədər hesabına pul keçrilir gəlin bizdə bu əməlləri bizdə vətəndaşlarımıza tətbiq edək . Xalqdan pul sormaqda heç bir ölkə bizə çata bilməz
Интересно то как в прошлом году всем повысили пенсию а те кто получал 220 манатов так и получали зато прожиточный минимум 285 манатов
Интересно в этом году как будет
Получается так у Мамеда 5 яблок у Ахмеда 1 яблоко а в среднем у них по 3 яблока
Büdcənin pulunu yeyib indi də həmin yeyintini ört basdır etmək üçün əhalidən xidmət haqqı tutmaq istəyirsiz
Xidmət haqqı deyəndə gecə gündüz gəlib sayğacın yanında şam yandırıb durmursuz
Mən, sizin əhaliyə təklif etdiyiniz OFERTADAN İMTİNA EDİRƏM
TƏKLİFİNİZİ RƏDD EDİRƏM
Sayğac ödənişini edirik, papağınızı göyə atın
Aylıq ödənişdən də imtina edə bilərəm
Yaxın zamanda bütün yüksək vəzifədə oturan işçiləri BÖYÜK AUDİT gözləyir