İkinci dünya müharibəsində Hitler Almaniyasına qarşı yaranan koalisiya müharibənin sonrakı mərhələsində düşmənə ciddi zərbə endirdi və bütün cəbhələrdə Almaniya ordusu ciddi itkilərlə üzləşdi. Bu gün noyabrın 28-i tarixə Tehran konfransı kimi düşən həmin hadisədən 80 il keçir. SSRİ, ABŞ və Böyük Britaniya liderləri Tehranda bir araya gəldikləri konfransda həm də dünyanın müharibədən sonrakı taleyini də müzakirə edirdilər.
KONKRET.az–ın Tehran konfransıyla bağlı hazırladığı bu materialda bəzi maraqlı məqamlara toxunulacaq.
Tehrana gələn üçlük ölkələrindən birinin rəhbəri narahat görünürdü. Onu narahat edən dünyanın üçə bölünməsi idi. Ən yaxşı halda dünyanı iki yerə bölmək planını götür-qoy edən bu bic adam gec-tez bunu reallaşdıracağını düşünürdü.
Konfransın açılışından əvvəl Stalinlə Ruzvelt arasında görüş keçirildiyi məlum olanda o, özündə deyildi. Və sonralar Tehran konfransı haqqında belə yazırdı: “Mənim bir tərəfimdə pəncələrini uzadan nəhəng bir rus ayısı oturmuşdu. Digər tərəfimdə isə nəhəng Amerika camışı vardı. Onların arasında isə yazıq, cılız bir ingilis eşşəyi büzüşmüşdü”.
Bu, Böyük Britaniyanın baş naziri Uinston Çörçil idi. “Balaca ingilis eşşəyi” Tehrandakı konfransın baş tutmaması, ya da fərqli nəticə əldə etməsi üçün əlindən gələni edirdi. Və bu, demək olar ki, müharibənin ilk günlərində, anti-Hitler koalisiyasının gücləndirilməsi məsələsi birbaşa ortaya çıxanda başlamışdı. 1941-ci il avqustun 14-də ABŞ və Böyük Britaniya arasında Atlantika Xartiyası imzalandı. Onun hazırlanması prosesində ABŞ-ın müharibəyə girməsi və Amerikanın döyüşən müttəfiqlərə iqtisadi yardımı məsələləri müzakirə olunurdu.
Amerika prezidentinin oğlu, general Elliot Ruzveltin Britaniya liderinin açıq-aşkar anti-Sovet mövqeyini əks etdirən maraqlı xatirələri var: “Çörçil bütün suallara aydın, qeyd-şərtsiz, heç bir “əgər” olmadan cavab verdi. O, SSRİ-nin müqavimətinə inanmırdı. O, bizi inandırmağa çalışdı ki, Lend-Lease (Lend-Lease Birləşmiş Ştatların Müdafiəsini Təşviq Etmək Aktıdır) Britaniyaya məxsus olmalıdır”. Və o, az qala amerikalıları haqlı olduğuna inandıra bildi. Bununla belə, Ruzvelt başa düşdü ki, SSRİ müharibəni təkbaşına uda bilər və ondan sonra müttəfiqlərə heç nə çatmayacaq. Çörçil bütün hiylələrə əl atdı və öz planlarını məharətlə yerinə yetirməyə nail oldu. Sovet qoşunlarının Moskvanın müdafiəsindəki əzmkarlığına və Qızıl Ordunun əks-hücumuna heyran olan Ruzvelt 1942-ci ilin payızında Avropada ikinci cəbhənin açılmasını təklif etdi. Lakin 1942-ci ilin yayında Çörçill onu bu cəbhəni təxirə salmağa inandırdı.
“Ruzvelt bəyan edir”
Tehranda keçirilən görüşdə ikinci cəbhənin açılması məsələsi əsas məsələlərdən biri hesab edilib. Konfransın rəsmi açılışından əvvəl Stalinlə Ruzveltin görüşəcəyini bilən Çörçillin nələr yaşadığını yalnız təsəvvür etmək olar. Həmin söhbətdə Ruzvelt dərhal Stalinə açıq şəkildə bildirdi ki, o, Fransada ikinci cəbhənin açılması ssenarisini tam dəstəkləyir. O, praqmatik və uzaqgörən siyasətçi olduğundan başa düşürdü ki, SSRİ ilə yaxşı münasibətlər saxlamaq daha sərfəlidir. İlk görüşdə Amerika prezidenti etiraf edir ki, SSRİ-nin dünya dəniz ticarətində payı artmalıdır. İkincisi, o, faktiki olaraq “Britaniya taxt-tacının mirvarisi” hesab eilən Hindistanı SSRİ-nin təsir orbitinə daxil edir. “Ruzvelt marşal Stalinlə Hindistan haqqında danışmağı gözləyir”, – Çörçilin stenoqramında qeyd edilirdi. Daha sonra orada yazılır: “O, parlamentli idarəetmə sisteminin Hindistan üçün uyğun olmadığını və Hindistanda sovet sistemi kimi bir şeyin yuxarıdan deyil, aşağıdan başlayaraq yaradılmasının daha yaxşı effekt verəcəyini düşünür. Bu, baş versə, sadəcə sovet sisteminin təkrarı olacaq.”
ABŞ və SSRİ arasında genişləndirilmiş iqtisadi tərəfdaşlığın təklif edilməsi də Britaniya baş nazirini narahat edirdi. ABŞ prezidentinin isə öz maraqları vardı. Məsələn, Böyük Britaniyanın xurma üzərində saxladığı müstəmləkə sisteminin dağıdılmasından danışarkən, o, açıq şəkildə gözləyirdi ki, ingilis koloniyalarının əksəriyyəti onun ölkəsinin təsir dairəsinə keçəcək. Və o, etiraf edirdi ki, SSRİ-i də öz təsir dairələrində tamhüquqa malikdir. Ruzvelt İngiltərənin təsirinin zəifləyəcəyi, SSRİ-nin təsirinin güclənəcəyini təxmin etdiyindən fərqli dünya quruluşu təklif edirdi. Stalin də praqmatik olduğu üçün ABŞ prezidentinin bu təklifini alqışlayırdı.
Perspektivlərin dağılması
Çörçil təkid edirdi ki, Üçüncü Reyxin işğalı yalnız İtaliya və Balkanlar vasitəsilə həyata keçirilməlidir. Çörçilin bu fikirləri inadkarcasına təkrarlaması hətta Ruzveltin də xoşuna gəlmirdi: “Baş nazirin Balkanlar üzərindən hərəkət etməyimizi istəməsi Üçüncü Reyx sənayesinin əhəmiyyətli hissəsinin İngiltərənin nəzarəti altına keçməsi deməkdir. Əgər bu, baş versə, Britaniyanın Avropada dominantlığı başlayacaq.
Çörçilin təklifindən nə ABŞ, nə də SSRİ məmnun deyildi. Tehran Konfransından sonra İngiltərə müttəfiqlərinə qarşı ciddi siyasi oyunlara başladı. Onun Stalinlə Ruzvelt arasındakı münasibətləri pozmaq cəhdi heç bir perspektiv vəd etmirdi. Beləliklə, Tehranda qaldırılan iqtisadi məsələlərin bir hissəsi 1944-cü ildə Bretton-Vuds konfransına qədər təxirə salındı. Onlar Beynəlxalq Valyuta Fondu, eləcə də Beynəlxalq Yenidənqurma və İnkişaf Bankını yaratmaq qərarına gəldilər. Sovet tərəfi orada dünya ehtiyat valyutaları haqqında müqavilələr imzalayaraq öz şərtini irəli sürdü. SSRİ rəhbərliyi rublun dollar və funt sterlinqlə birlikdə dünya valyutası kimi tanınmasını təklif etdi. ABŞ prezidenti Ruzvelt də öz növbəsində bunu ədalətli hesab edirdi. Çörçil isə əksinə.
Çörçil yəqin ki, Tehranı konfransının baş tutmaması üçün mümkün olan hər şeyi etdi. Amma bacarmadı.
“Tehran-43” sovet filmində deyildiyi kimi, “o qoca tülkü Çörçil bütün həyatı boyu şanslı olub”. Tarixdə SSRİ ilə bərabərhüquqlu əməkdaşlığa sadiq olan Ruzvelt müharibənin bitməsinə az qalmış dünyasını dəyişdi. Bundan sonra “Böyük üçlük” İngiltərə və Amerikanın daxil olduğu “Böyük İki”liyə çevrildi. Tehranda müzakirə olunan yeni, ədalətli və bərabərhüquqlu dünyanın konturları təhrif olundu.
Vəli Həsənov,
KONKRET.az