80 minə yaxın insan avrointeqrasiyaya dəstək mitinqinə çıxdıbackend

80 minə yaxın insan avrointeqrasiyaya dəstək mitinqinə çıxdı

Mayın 21-də Moldovanın paytaxtı Kişinyovun mərkəzində keçirilən Böyük Avropa Yığıncağına 75-80 min nəfər qatılıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Baş Polis Müfəttişliyinin mətbuat katibi Diana Fetko “Newsmaker”ə açıqlayıb

O həmçinin qeyd edib ki, tədbirdə asayişi təmin edən hüquq-mühafizə orqanlarının əməkdaşları heç bir insident qeydə almayıb.

Prezident Maya Sandu tərəfindən elan edilən mitinqdə dövlət başçısının özü və sırf bu tədbir üçün ölkəyə səfər edən Avropa Parlamentinin sədri Roberta Metsola çıxış ediblər.

Mitinq iştirakçıları ölkənin Avropaya inteqrasiyasını dəstəkləyən qətnamə qəbul ediblər. Sənəddə qeyd olunur ki, Moldova Avropa İttifaqının tamhüquqlu hissəsi olmağa çalışır, bu, sabitliyə zəmanət verə və ona öz potensialını reallaşdırmağa imkan verə bilər. Yığıncağa qatılanlar həmçinin Moldovanın bütün siyasi qüvvələrini ölkənin Avropa kursunu dəstəkləməyə çağırıblar. Aksiyaçıların fikrincə, bunun üçün Moldovanın Konstitusiyasına Aİ-yə daxil olmaq məqsədini yazmaq, ittifaqa üzvlüklə bağlı danışıqların tez başlamasını təmin etmək və bu məqsədə çatmaq üçün dövlət strukturlarının gücləndirilməsinə dəstək vermək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*