9 May paradı ilə bağlı SENSASİYA: “Əgər həmin gün Çin lideri Moskvada olmasaydı…” – VİDEObackend

9 May paradı ilə bağlı SENSASİYA: "Əgər həmin gün Çin lideri Moskvada olmasaydı..." - VİDEO

Azərbaycanlı siyasi şərhçi Ramiz Yunus 9 May Qələbə günü münasibətilə Moskvada keçirilən hərbi paradla bağlı maraqlı və sərt açıqlamalar verib. O bildirib ki, artıq bu tədbirə beynəlxalq maraq azalır, lakin bu il diqqət mərkəzində Çin lideri Si Cinpin olub.

KONKRET.az xəbər verir ki, məşhur ukraynalı aparıcı Dmitri Qordonun verilişində qonaq olan Yunusun fikrincə, builki parad Putinin deyil, Si Cinpinin triumfu kimi yadda qaldı:

“Ora yığılan liderlər əsasən Si Cinpinlə görüşmək üçün gəlmişdi. Hər dəfə bu paradda iştirak edən liderlərin sayı azalır. Gəlin baxaq, bu dəfə kimləri ora yığa bildilər?”

O, həmçinin bildirib ki, Çin liderinin Moskvada iştirakı Rusiya üçün real hava hücumundan müdafiə (PVO) rolunu oynayıb:

“İndi hər kəs zarafatla deyir ki, bu, Putinin əsas PVO-su idi. Orada Si Cinpin əyləşmişdi deyə, Ukrayna tərəfi heç bir halda ora dron göndərməzdi. Əgər o orada olmasaydı, çox güman ki, dronlar Moskvaya qədər çatardı.”

R.Yunusun fikrincə, Kremlin vəziyyətdən maksimum istifadə etməsinə baxmayaraq, bu PR fürsətindən Si Cinpin də bacarıqla faydalandı. O əlavə edib ki, 9 Mayın əsl mənası – milyonlarla insanın faciəvi ölümü – arxa plana keçib, ideoloji savaşın fonunda hər kəs bu tarixi gündən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır.

“Təəssüf ki, bu, hər zaman belə olur. Tarix üzərində ideoloji mübarizə aparıldıqda, həqiqətlər unudulur və hər kəs bulanıq suda balıq tutur”, – deyə Rəmiz Yunus vurğulayıb.


Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*