9 yaşlı uşağı maşın vurub öldürdübackend

9 yaşlı uşağı maşın vurub öldürdü

Qəbələdə avtomobil doqquz yaşlı uşağı vuraraq öldürüb.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oktyabrın 12-də saat 16 radələrində Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Aydınqışlaq kəndi ərazisindən keçən hissəsində Təbib Təbibov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən piyada, 2015-ci il təvəllüdlü H.İsmayılovu vurub.

Uşaq aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*