ABB-nin Qaradağ filialının işi İFLİC OLDU: Müştərilər narazıdır, bəs bank nə deyir?backend

ABB-nin Qaradağ filialının işi İFLİC OLDU: Müştərilər narazıdır, bəs bank nə deyir?

10-15

Bankdan saytımızı bildirilib ki, sistem artıq düzəlib və müştərilərə xidmət göstərilir.

***10-06

Vətəndaşlar Azərbaycan Beynəlxalq Bankının (ABB) Qaradağ filialında xidmət zamanı ciddi problemlə üzləşiblər.

KONKRET.az– bu barədə vətəndaşlar bildiriblər.

Onların sözlərinə görə, bankın sistemi işləmədiyi üçün uzun müddət gözləməli olurlar. Bu isə vaxt itkisinə və işə gecikmələrinə səbəb olur.

Problemlə bağlı Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan KONKRET.az– bildirildi ki, problem texniki səbəbdən yaranıb. Yaranmış texniki nasazlıq qısa müddətdə aradan qaldırılacaq və təxminən yarım saat ərzində xidmətlər bərpa olunacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*