Abbas Əraqçı Trampı görün necə adlandırdı… – ABŞ lideri ŞOKDAbackend

Abbas Əraqçı Trampı görün necə adlandırdı... - ABŞ lideri ŞOKDA

İranın xarici işlər naziri Abbas Əraqçı Donald Trampın nüvə silahı sınaqdan keçirmək qərarından sonra onu “nüvə zorbası” adlandırıb.

KONKRET.az xəbər verir ki, iranlı nazir ABŞ prezidentinin hərəkətlərinin beynəlxalq təhlükəsizliyə təhdid olduğunu bildirib.

“Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyi olaraq dəyişdirən “nüvə zorbası” bir daha nüvə silahlarını sınaqdan keçirir. Ancaq o İranın dinc nüvə proqramına imkan vermir və MAQATE-nin təminatları altında ölkənin obyektlərinə yeni hücumlarla hədələyir. Bu da beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, – deyə o, X-də yazıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*