PKK terror qruplaşmasının hazırda həbsdə olan lideri Abdullah Öcalanın yeni müraciət yayıb.
KONKRET.az yenisabah-a istinadən verdiyi xəbərə görə, Xalqların Bərabərlik və Demokkratiya Partiyası tərəfindən təqdim olunan müraciətdə qeyd olunub ki, PKK-nın silahı yerə qoyması ilə bağlı proses kritik mərhələyə çatıb və bundan sonrakı addımların sistemli hüquqi çərçivədə həyata keçirilməsi vacibdir.
Müraciətdə Türkiyə parlamentinin prosesdə mühüm rol oynadığı vurğulanaraq, komissiya hesabatından sonra atılacaq addımların gecikdirilməməsinin önəmi qeyd edilib.
A.Öcalan mesajında Yaxın Şərqdə baş verən proseslərə də toxunaraq, İran ətrafında üç fərqli siyasi xəttin formalaşdığını bildirib. O, rəhbərlik etdiyi xəttin “demokratiya və ortaq yaşam” prinsiplərinə əsaslandığını vurğulayıb.
PKK lideri həmçinin silahlı mübarizənin başa çatdığını bəyan edərək, “artıq geri dönüş yoxdur” ifadəsini işlədib. Onun sözlərinə görə, hazırkı mərhələ demokratik respublika çərçivəsində barış prosesinə keçidi ifadə edir.
A.Öcalan əlavə edib ki, gələcək model milli kimlik, fikir və ifadə azadlığı, eləcə də qadın hüquqları kimi prinsiplər üzərində qurulmalıdır və bu hüquqlar yalnız kürdlər üçün deyil, bütün cəmiyyət üçün keçərlidir.
Yaxın Şərqdə dərin hegemonik planların olduğunu bildirən A.Öcalan söyləyib ki, Suriyadakı çətinliklərə baxmayaraq, bəzi müsbət irəliləyişlər yaşanır.
“Suriyadakı çətinliklərlə birlikdə müəyyən müsbət inkişaflar yaşanarkən, indi də İran savaşı gündəmdədir. İran müharibəsində üç xətt ortaya çıxıb: Birincisi, ABŞ-İsrail xətti; ikincisi, Böyük Britaniyanın öncülük etdiyi bəzi beynəlxalq və regional güclərin status-kvonu qoruma xətti; üçüncüsü isə inkişaf etdirdiyimiz Sülh və Demokratik Toplum Prosesi ilə müdafiə etdiyimiz demokratiya və ortaq yaşam xəttidir. İrandakı hadisələr Türkiyədə aparılan prosesin haqlı və vacib olduğunu bir daha göstərir”, – PKK lideri müraciətində bildirib.
Abdullah Öcalan mesajında Türkiyı ilə problemlərinin olmadığını ifadə edərək deyib ki, “Bizim Cumhuriyyətlə bir problemimiz yoxdur. Əsas məsələ cumhiriyyətin demokratik olmamasıdır. Demokratiya cumhuriyyətin güclənməsini təmin edəcək yeganə həll yoludur”.
