Yazıçılar Mir Cəlalın adına keçirilən müsabiqə ilə bağlı elə şeylər danışdılar ki…backend

Yazıçılar Mir Cəlalın adına keçirilən müsabiqə ilə bağlı elə şeylər danışdılar ki...

Ədibin Evi tərəfindən keçirilən Mir Cəlal adına 5-ci Hekayə Müsabiqəsinə yekun vurulub. Müsabiqə Finala doğru irəliləsə də yazıçılar arasında artıq etirazlar başlayıb. Müsabiqənin nəticələrinin “Azərbaycan” jurnalında dərc olunması da birmənalı qarşılanmayıb.

Mir Cəlal adına keçirilən bu müsabiqəni siz nə dərəcədə şəffaf hesab edirsiniz?

Belə müsabiqələrin daha obyektiv keçirilməsi üçün nələr dəyişməlidir?

Mövzu ilə bağlı KONKRET.az yazıçılar arasında sorğu keçirib:

Səfər Alışarlı – yazıçı

Mir Cəlal adına ədəbi müsabiqənin keçirilməsinə pis baxmıram. Allah eləsin, Azərbaycanda belə müsabiqələr daha çox olsun.
Ancaq təxminən bildiyim odur ki, bu müsabiqənin münsiflərinin əksəriyyəti ədəbiyyatçı olsalar da, ədəbiyyat fədailəri deyillər. Onlara “konyunkturçu yazarlar” da demək olar. Bu müsabiqənin iki məqsədini güman etmək olar. Biri, yazıçı Mir Cəlalın xatirəsini yaşatmaq, ikincisi, hakimiyyətə loyal yazarlar qrupunu bir çətir altına toplamaqla konyunkturçu ədəbi dəyərləri təbliğ etmək və pul xərcləməklə cəmiyyətdə onların müəyyən dominantlğına nail olmaq. Ona görə müsabiqənin obyektivliyinə o qədər də inamım yoxdur.

Yazıçı Bircə…

Belə bir müsabiqənin keçirilməsindən xəbərim olmayıb. Yoxsa, hekayələrimdən birini məmnuniyyətlə göndərərdim. Ədəbi müsabiqələrdə şəffaflıq, vicdanlı münsif şərtdir. Müsabiqə təbliğ edilməli, hekayələr müntəzəm nəşr olunmalıdır ki, oxucular da qiymət verə bilsinlər.

Qəşəm Nəcəfzadə – AYB-nin üzvü, yazıçı

Mən “Azərbaycan” jurnalında işləyirəm. Bundan mənim də xəbərim yoxdur. Adətən, bu jurnala aprel ayının sonlarında qalib hekayələri göndərirdilər. Müsabiqəyə göndərilən hekayələri oxumamışam. Bəlkə, doğurdan da yaxşı mətnlərdir. Hekayələrin mediada yayılıb-yayılmaması yəqin ki, müsabiqənin şərtlərindən irəli gəlir. Buna da hörmətlə yanaşmaq lazımdır. Kiminsə arzulaırna görə hərəkət etmək düzgün deyil.

Dəniz Pənahova
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*