Teledərslər iyunun 12-də başa çatmayacaq. İyunun 16-dan iyulun 17-dək yeni formatda efirlərdə yayımlanacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 16-dan teledərslərin abituriyentlər üçün nəzərdə tutulan buraxılışına start veriləcək. Məqsəd qəbul imtahanlarına hazırlıq prosesində abituriyentlərə kömək etməkdir.
Nazirlik “Dərs vaxtı” verilişini izləməyi tövsiyə edir.