Abituriyentlərin nəzərinə: Bu universitetdə yeni ixtisaslar açıldıbackend

Abituriyentlərin nəzərinə: Bu universitetdə yeni ixtisaslar açıldı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ilindən III qrup üzrə yeni ixtisaslar açılıb. 

KONKRET.az-ın məlumatına görə, UNEC-dən bildirilib ki, bu il bakalavriat səviyyəsi üzrə beynəlxalq münasibətlər ixtisasına da qəbul aparılacaq. İxtisas 3 dildə – Azərbaycan, türk və rus dillərində tədris olunacaq.

Qeyd edək ki, UNEC-də III ixtisas qrupu üzrə Azərbaycan və rus dillərində sosial iş ixtisasına da qəbul həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*