Abovyan: “Belə də olmalı idi, bütün dünya üstümüzdən xətt çəkib”backend

Abovyan: “Belə də olmalı idi, bütün dünya üstümüzdən xətt çəkib”

Ermənilər hələ belə məyus olmamışdılar. 44 günlük müharibədə kapitulyasiya sənədini imzalayan Paşinyan sonradan son ümidini beynəlxalq təşkilatlara, o cümlədən Fransa və ABŞ-a bağlamışdı.

KONKRET.az xəbər verir ki, politoloq Arman Abovyan ermənilərin bu məyusluğuna aydınlıq gətirib:

“BMT Təhlükəsizlik Şurasının iclası ilə bağlı məyusluq axınını başa düşə bilmirəm. Təbii ki, “sülh və mehriban qonşuluq” sözləri təkrarlanırdı, ümumən “yol açın” çağırışları “birgə yaşayaq” üslubunda idi. Bu normaldır, belə də olmalıdır. Həqiqətənmi kimsə BMT Təhlükəsizlik Şurasının Qarabağ ermənilərini xilas etmək üçün təcili humanitar əməliyyat keçirməyə qərar verəcəyini gözləyirdi? Əlbəttə yox. Və bilirsiniz niyə? Çünki BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasının təşəbbüskarı olan Ermənistan özü Qarabağ ermənilərini xilas etmək üçün qəti addımlar atmaqdan imtina edir.

Ermənilərin özləri Paşinyan iqtidarının timsalında özlərini dəfn etmək qərarına gəlib. Ona görə də bütün dünya ermənilərin istəklərinin, inanclarının, maraqlarının üstündən xətt çəkib”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*