Saatlı rayonunda qətl törədilib.
KONKRET.az xəbər verir ki, qətl hadisəsi rayonun Fətəlikənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Rövşən Sədyar oğlu Abdullayevin mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlandığı bildirilir.
Ağır yaralanan şəxs dərhal Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Rizvan Məmmədağa oğlu Söhbətov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.\\“Qafqazinfo”

Salam Yaranana narahatciliga cox sehf aydinliq getirmisiniz. Menim kartimda hemise 30 manat pul olur, isledirem 20 manata dusende yeniden 20 manat vururam. Teze ilden her defe vururram vurdugum 20 manatdan 2 manat cixilir niye neye gore. Evvelki ilde ise qepik cixilirdi. Menim hec bir borcum olmaya olmaya. Duzeldin berpa edin xalqa millete ziyan vermeyin olmaz bele vallah.