Abramyan: “Paşinyan ictimaiyyəti yeni güzəştlərə hazırlayır”backend

Abramyan: "Paşinyan ictimaiyyəti yeni güzəştlərə hazırlayır"

“Hakimiyyət xalqı inandırır ki, onlar ölkəni sülhə aparır, amma yenə də ictimaiyyəti güzəştə hazırlayır”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni siyasətçi Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

O daha sonra fikirlərini belə davam etdirib:

“ABŞ dövlət katibinin sözçüsü Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə toxunaraq bildirib ki, “Biz razılığa gəlməyin mümkün olduğuna inanırıq, lakin bu, hər iki tərəfdən çətin qərarlar qəbul etməyi və ciddi kompromislərə getməyi tələb edir”.

Bu isə o deməkdir ki, Nikol Paşinyan güzəştə getməyə hazırlaşır. O ictimaiyyəti də məhz buna hazırlamağı qarşısına məqsəd qoyub.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*